Bir balaca boyu var, dam dolusu toyu var.

Little bodies may have great souls. / A little body often harbours a great soul. / Little pigeons can carry great messages. / Small rain lays great dust. / It is not the quantity that matters, but the quality. Мал золотник, да дорог. / Невелика птичка, да коготок востер. (О том, кто мал ростом или молод, но имеет много положительных качеств.)
bir balaca başı çıxmaq
bir balaca qələtlə
OBASTAN VİKİ
Dam
Dam — binanın yuxarı konstruksiyası, atmosfer yağıntılarından qorunmaq üçün qurulur. Digər funksiyası isə yaşayış yerindəki istiliyi və ya rütubəti qorumaq üçündür.
Mənim bir arzum var
"Mənim bir arzum var" (ing. I have a dream) — amerikalı hüquq müdafiəçisi, 1964-cü il Nobel Sülh Mükafatı laureatı Martin Lüter Kinqin 1963-cü il 28 avqust tarixində Vaşinqtona yürüş zamanı Linkoln memorialının qarşısında 200–300 min nümayişçinin önündə etdiyi məşhur çıxışı. Bu çıxışında o, gələcəkdə ağların və qaradərililərin bərabər hüquqlara malik olduğu bir Amerika görmək istədiyini ifadə etmişdir. Bu çıxış natiqlik sənətinin incilərindən hesab edilir. Öz üslubuna görə zənci baptist moizəsinə bənzəyir və İncilə, ABŞ İstiqlal Bəyannaməsinə, Qulların azad edilməsi haqda manifestə və ABŞ Konstitusiyasına allüziyalarla zəngindir. Millətimizin azadlığı uğrunda mübarizə tarixində azman bir hadisə kimi qalası bu nümayişdə sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! Yüz il bundan əvvəl, rəmzi olaraq abidəsinin kölgəsinə yığışdığımız böyük amerikalı Avraam Linkoln Azadlıq bəyannaməsini imzaladı. Bu əlamətdar sənəd haqsızlığın dözülməz əsarəti altında inləməkdə olan milyonlarla qul zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən sonra sevincə açılan dan yerinə bənzəyirdi. Ancaq indi, yüz il keçəndən sonra müdhiş fakt qarşısında qalmışıq.
Fiqaronun toyu
Fiqaro evlənir (KV 527, it. Le nozze di Figaro ossia la folle giornata) — Mosartın fr. Pierre Augustin Caron de Beaumarchaisin pyesi əsnasında Lorenso da Pontenin yazmış olduğu librettoya bəstələmiş olduğu dörd pərdəli opera. Operanın ilk premyerası 1 may 1786-cı ildə Vyanada Burqteatrın səhnəsində oynanılır. Mosart operanı 1785-ci ilin dekabrında Vyanadakı Domqasse mənzilində bəstələməyə başlamış, 5 ay ərzində bitirmişdir. Operanın süjeti Bomarşın pyesindən götürülmüşdür. Həmin dövrdə aristokratiynı lağa qoyan, Fransa inqilabı ilə əlaqəli bu əsər Vyanada qadağan edilmişdir. Mosartdan başqa L. Benda (1786), İ Şults, N. İzuar (1797) və başqaları da bu mövzuda opera yazmışdılar. Bu mövzuya Mosartdan 30 il sonra demək olar ki, sonuncu və daha uğurlu Coakkino Rossini müraciət edərək "Sevilya bərbəri" operasını yazmışdır. Partitura: 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot 2 valdhorn, 2 trompet Timpani (davul) Simli alətlər: Basso kontinuo: klavesin və violonçel Qraf qəsrin bir dairəsi.
Türk toyu
Türk toyu, toygun və ya keneş — İslamdan əvvəlki, türk boylarının qanunvericilik, idarəetmə və məhkəmə səlahiyyətlərini istifadə edən tayfalar arası qurum. 13-cü əsrin ortalarından etibarən türk mənbələrində yazılmağa başlayan qurultay kəlməsi toy yerinə istifadə olunmağa başlanmış və toy sözü sadəcə yemək məclisləri üçün istifadə edilən kəlməyə çevrilmişdir. Kültiginin ölümündən sonra Çindən gətirilən şüşə bəzəmə ustaları, toy təmsilçisi İltəbərin gətirdiyi 732-ci ildə qoyulmuş Kültgin yazılı mənbələrində izah edilən toy təmsilçilərinə verilən Toygun adının artıq məclis üçündə istifadə edildiyi nəzərə çarpır. Toy kəlməsi bəzən monqol tayfalarının məclisi olan qurultay kəlməsi ilə qarışıq salınsa da, qədim türklər öz məclislərini hər zaman “toy” olaraq adlandırmışlar. Bununla yanaşı, qurultay kəlməsinin kökü olan “Qur” altay dilindən bəri monqolca və türkcədə ortaq istifadə olunan sözlərdəndir. Toy, bəzən də "tay" olaraq istifadə edilən bu kəlmə isə qədim türkcədə “şəhər” mənasında işlənir. Bu kəlmə zaman keçdikcə əyləncəli məclis və s. mənalarda da işlədilmişdir. Toy kəlməsi sadəcə türklərin işlətdiyi söz deyildir, eyni zamanda qurultay sözü kimi monqol dili ilə ortaq işlədilən sözlərdəndir. Necə ki, monqolların gizli tarixində də "toy" kəlməsinə rast gəlmək mümkündür.
Yoxsulların toyu
"Yoxsulların toyu" — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1931-ci ildə çəkdiyi rəsm əsəri 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "Yoxsulların toyu" adlı rəsm əsərinə həsr olunmuşdur.
Zərdüşti toyu
Zərdüştçü toyu — zərdüştçülükdə iki şəxsin, bir kişi və bir qadının ailə qurduğu dini mərasim. Zərdüştçülükdə icma daxilində evlilik təşviq edilir və dini mətnlərdə böyük üstünlük verilir. Zərdüştçü toyunun mərasim prosedurları və ənənəvi prosesləri ətraflıdır. "Avesta"da kişilik və qadınlıq 15 yaşında, evlənməyə hazır olduqda qazanılır. Bununla belə, Hindistanda evlilik həddi kişilər üçün 21, qadınlar üçün isə 18 yaş həddini bildirən 1936-cı il tarixli Parsi Evlilik və Boşanma Aktı ilə müəyyən edilir. Əgər nikaha girən tərəflərdən hər hansı biri aktda göstərilən yaşdan aşağıdırsa, yetkinlik yaşına çatmayan nikaha daxil olan tərəfin valideynləri razılıqlarını bildirmək üçün nikah şəhadətnaməsinə imza atmalıdırlar.
Zərdüştçü toyu
Zərdüştçü toyu — zərdüştçülükdə iki şəxsin, bir kişi və bir qadının ailə qurduğu dini mərasim. Zərdüştçülükdə icma daxilində evlilik təşviq edilir və dini mətnlərdə böyük üstünlük verilir. Zərdüştçü toyunun mərasim prosedurları və ənənəvi prosesləri ətraflıdır. "Avesta"da kişilik və qadınlıq 15 yaşında, evlənməyə hazır olduqda qazanılır. Bununla belə, Hindistanda evlilik həddi kişilər üçün 21, qadınlar üçün isə 18 yaş həddini bildirən 1936-cı il tarixli Parsi Evlilik və Boşanma Aktı ilə müəyyən edilir. Əgər nikaha girən tərəflərdən hər hansı biri aktda göstərilən yaşdan aşağıdırsa, yetkinlik yaşına çatmayan nikaha daxil olan tərəfin valideynləri razılıqlarını bildirmək üçün nikah şəhadətnaməsinə imza atmalıdırlar.
Atli Dam
Atli Pautursson Dam (12 sentyabr 1932 – 7 fevral 2005, Torshavn) üç dəfə, ən son 1991-ci ildən 1993-cü ilə qədər Farer adalarının baş naziri vəzifəsində çalışmış farerli siyasətçi.Bu günə qədər o, cəmi 16 il xidmət etmiş, Farer tarixində ən uzun müddət vəzifədə olmuş baş nazirdir. O, 1932-ci ildə Tvoroyridə Peter Mohr Dam və Sigrid Ragnhild, nee Strom oğlu kimi anadan olub.1964-cü ildə mühəndis təhsili alıb və 1970-ci ildə baş nazir olana qədər Danimarkanın Haldor Topsoe şirkətində çalışıb.O, 1981-1985-ci illərdə və 1989-cu ildən ölümünə qədər Farer İpoteka Təşkilatının (Foroya Realkreditt) vitse-prezidenti olub. 1970-ci ildə Loqtinqə seçildi və elə həmin il Balıqçılıq Naziri oldu və həmin ildə baş nazir təyin edildi. Farer maliyyə böhranından sonra, sağlamlıq problemləri ilə daha da ağırlaşan Dam, 18 fevral 1993-cü ildə baş nazir və Sosial Demokrat Partiyasının rəhbəri vəzifəsindən istefa verdi və onun yerinə Marita Petersen keçdi. Onun ən böyük siyasi nailiyyətlərindən biri Danimarkanın baş naziri Poul Schlüter ilə danışıqları ehtiva edir ki, bu da Farer yeraltı və bütün təbii sərvətlərinin Farer dövlətinin mülkiyyətinə çevrilməsi ilə nəticələnir, ondan əvvəl bu sərvətlər danimarkalılara məxsus idi. 1994-cü il seçkilərində Loqtinq üçün yenidən seçilə bilmədi.
Dam iynəquyruğu
Dam iynəquyruğu (lat. Chaetura pelagica) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin i̇ynəquyruq cinsinə aid heyvan növü.
Dam tarağı
Dam darağı — monumental Mezoamerikan memarlığında piramidanın zirvəsində olan quruluş. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Maya sivilizasiyasının dam daraqlarının hissələrinin və ikonoqrafiyasının tədqiqi göstərir ki, hər bir ikona xüsusi müqəddəs məna daşıyır. Tipik olaraq, dam daraqları piramidaların və digər strukturların zirvəsini taclandırdı; bir-birinə söykənən iki deşilmiş çərçivə divarından ibarət idi. Bu çərçivə tanrıların və ya mühüm hökmdarların rəssam təsvirləri ilə bəzədilmiş gipslə örtülmüşdür. Mayyalılar Mesoamerikadakı ən mühüm abidələrdən bəzilərini düzəltdilər. Onların sivilizasiyası eramızın 500–900-cü illəri arasında öz "qızıl dövrünü" yaşadı. Maya heroqliflərinin bu yaxınlarda deşifrə edilməsi onların memarlığına yeni anlayış gətirdi; bu piktoqrafik simvollar tarixçilərə konkret tikililərin nə vaxt və kimlər tərəfindən tikildiyi barədə məlumat verir. Maya dini memarlığında hündürlüyə diqqət yetirilirdi ki, bu da tez-tez göylərə və tanrılara doğru uzanan baş dönmə pilləkənləri ilə özünü göstərirdi. Çox vaxt piramidalar mövcud olanların üzərində tikilirdi; bu, daha böyük struktura malikdir.
Dam xarabaçılı
Dam xarabaçılı (lat. Athene noctua) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinin xarabaçıl cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 25 sm, kütləsi 150-170 q-a çatır. Erkək və dişilərinin rəng çalarları oxşardır: beli açıq qəhvəyi və ya qumsal, kürək lələklərində dairəvi ağ xallar var. Mərkəzi və Cənubi Avropada, Şimali Afrikada və Asiyada (Asiyanın şimalı istisnadır) yayılıb. Oturaq həyat tərzi keçirir. Kiçik gəmiricilərlə, həşəratlarla, nadir hallarda isə kiçik quşlarla qudalanır.
Henrik Dam
Henrik Dam (ing. Karl Peter Henrik Dam;21 fevral 1895[…], Kopenhagen – 17 aprel 1976[…], Kopenhagen, Danimarka) — Danimarka boikimyaçısı, Nobel mükafatı laueratı. Karl Peter Henrik Dam 21 fevral 1895-ci ildə Kopenhagendə anadan olmuşdur. 24 aprel 1976-cı ildə Kopenhagendə vəfat edib.
Kürd-Dam
Kürd-Dam — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
"DAM"da bir gün (film, 1976)
Bir ailəm var (film 2013)
Bir ailəm var — teleserial 2013-cü ilin 10 oktyabr tarixindən Xəzər Televiziyasında yayımlanmağa başlanmışdır. Serialın baş rolunda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova rol almışdır.
Bir ailəm var (teleserial, 2013)
Bir ailəm var — teleserial 2013-cü ilin 10 oktyabr tarixindən Xəzər Televiziyasında yayımlanmağa başlanmışdır. Serialın baş rolunda Azərbaycan Respublikasının xalq artisti Həmidə Ömərova rol almışdır.
Muğanda Bir Kənd Var (1978)
Dodurğa boyu
Dodurğa boyu — Oğuz Xaqan Dastanına görə Oğuzların 24 boyundan biridir. Qaşqarlı Mahmudun qələmə aldığı Divân-ı Lügati't-Türk-ə görə isə iyirmi iki Oğuz boyundan onaltıncı sırada yer alır (Divan-ı Lügati't-Türk'də "Totırka" adı ilə yazılır). Dodurğa kəlməsi "Ölkə almak, Xanlıq qurmaq" mənasına gəlir; Oğuzların Boz-Oxlar qoluna bağlı Dodurğa boyunu, Oğuz Xanın altı oğlundan biri olan Ay Xandan çoxalmış olaraq bilinir. Dodurğa boyunun onqonu (yəni müqəddəs heyvanı) Qartaldır.
Döyər boyu
Tüyər boyu və ya Döyər boyu — Oğuz Xaqan Dastanına görə Oğuz Türklərinin 24 boyundan biri və Qaşgarlı Mahmuda görə Divân-ı Lügati't-Türkdəki 22 Oğuz boyundan 18-cisi "Tüyər"lərdir. Tüyər kəliməsi günümüz Anadoluda düyər ve döyər şəkillərini almışdır. Afyonqarahisarda Diyərbəkirdə Kaysəridə Burdurda Sivasda ve Muğlada Bolu Dörtdivanda Yuxarı Düyər bu adda bir kənd vardır və Dörtdivanda Düyər yaylasında oğuz boylarına aid yazılar var. Türkiyənin xaricində isə Suriya, tarablus, ve Rakka şəhərlərində isə hələ yer adı olarak adlandırılır. Getdikləri yerlərə "Döyər" adlarını vermişlərdir. Osmanlı dövründə Diyərbəkir ilə Hələb arasındakı ən gözəl yaylaqlar tamamilə "Döyər" oymaqları tərəfindən tutulmuşdu.
Haylandur boyu
Haylandur boyu – Hun boylarından biri. Türkmən tarixçisi Ovez Gündoğduyev bu boyun Qayı boyu ilə eyni boy olduğu qənaətindədir. Habelə, Atillanın da mənsub olduğu ve Avropa Hunlarını idarə edən Balamirlilər bu boydandır. Haylandur hunları 462-ci ildə Quzey Azərbaycanda mövcüd olmuş Albaniya Dövlətinə girdilər. Bu dönəm Qafqaz Albaniyasını Mehranilər sülaləsi idarə edirdi. Hunlarla birlikdə eyni anda Xəzərlər və Sabirlər kimi başqa türk boylarıda Albaniyaya axın edirdi. Sasani şahları bu axınlara qarşı nə qədər təhkimatlar tikdirsə də, keçişləri bağlasa da, bu axınları dayandıranmadı. Haylandurlar və onlarla birlikdə Qafqaza girən başqa Türk boyları Albanlarla birlikdə yaşamağa və qarışmağa başladılar. Sasanilər və Bizanslılar ilə 591-ci ildə edilmiş müqaviləyə görə Albaniya Girdiman, Tiflis və Dvin daxil olmaqla Sasanilər əlində qalacaq idi (262-ci ilidən Qafqaz Albaniyası Sasanilər tərəfindən işğal edilmiş idi.
Qarğın boyu
Qarğın boyu — yaranma vaxtı skif-massaget zamanına qədəm qoyan qədim oğuz tayfası. Oğuz Xaqan Dastanınana görə Oğuzların 24 boyundan biridir. Bu boyların Boz oxlar qolundan (sağ qolundan) Oğuz Xanın oğlu Ulduz xanın soyundan gəldikləri qəbul edilir. Qarğın "Daşqın və doyurucu" mənasına gəlir. Tanınmış orta əsr yazılı mənbələrindən Qarğın boyuna aid ilk qeydi Fəzlullah Rəşidəddinin Cəmi ət-Təvarix adlı əsərində tapmaq olar.
Qayı boyu
Qayı boyu və ya Kayı boyu (Qayığ, Kayığقايى بويى/قيغ بويى) — Oğuzların boz ox qolundan. Türkmən tarixçisi Ovez Gündoğduyev Qayı boyunun Hun boyu olan Haylandur boyu eyni olduğu fikrini irəli sürür. Qayı kəlməsi, "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gön Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Oğuzlar: Tarihleri-Boy Teşkilatı-Destanları, İstanbul 1999 (Prof.
Qınıq boyu
Qınıq boyu — Səlcuqlu sülaləsinin mənsub olduğu Oğuz boyu. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri. Üçoqlar boylarındandır. Qanıq : " Hər yerdə sayqın" anlamındadır. Böyük Anadolu Səlcuqlu devlətləri, Orta Toroslardakı üçoxlu Türkmənlər , Hələb, Ankara, Aydındakı Kınıq oymaqları bu boydandır. Mahmud Qaşqarlı "Divani-lüğət-it-türk" adlı əsərində yazır: " ٱغُز Oğuz: Bir Türk boyudur. Oğuzlar Türkməndirlər. Bunlar iyirmi iki bölüksür; her bölüiün ayrı bir bəlgəsi və heyvanlarına vurulan bir əlaməti (damğası) var. Bir-birlərini bu bəlgələrlə tanıyırlar. Birincisi və başları: "قنق Qınıq"lardır.
Qızıq boyu
Qızıq boyu — Oğuz xan dastanına əsasən Oğuzların Boz oxlar qolundan, Ulduz xan soyundan gəlir. Ancaq bu boyu Mahmud Qaşqarlı "Divanü Lüğat-it-Türk" əsərində məlumat verdiyi 22 bölük Oğuzlar içində göstərməmişdir. Bu boyun adı Oğuz türklərinin tarixən məskunlaşdıqları ərazilərdə yaratdıqları toponimlərdə Qızıq, Kızık, Qırıq, Qırıx kimi formalarda öz əksini tapmışdır.
Salur boyu
Salur boyu — Oğuz xan Dastanına görə Oğuzların 24 boyundan biri və Mahmud Qaşqarlının Dünya ədəbiyyatında türkdilli xalqların ilk ensiklopediyası olan "Divanü Lüğat-it-Türk"dəki iyirmi iki Oğuz bölüyündə beşincisi; "صالغر Salgur" lardır. Damğaları budur: deyə tanınan bir Oğuz boyudur. Bu boyların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir."Salur" sözü qılınc yelləyən mənasında istifadə edilmişdir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur. Bu gün müasir türkmənlərin mənşəyi Salur boyu Türkmənistan, Özbəkistan, Əfqanıstan, İraq və İranda və eyni kökdən olan Çindəki Salar təbəə Salur boyundan gəlməkdə olduğu təxmin edilsə də Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Anadoluda bir çox bölgədə və Anadolu Səlcuqlu və bərabər Anadoluda yaranan bəyliklər çəkili Salur boylarından təsirlənmişdir. Bunlar başda Qaraman, Təkə və Candaroğulları çəkili Salur mənşəli tayfalar Qəbilələr tayfalar tərəfindən meydana gəlmişdilər. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır. Salurlar içində ciddi ölçüdə qıpçaqlıq da var. Xəzər regionu hər zaman Oğuz və Qıpçaq tayfalarının birləşib bir arada yaşadığı bölgə olmuşdur.